Kim Çen Indan sürpriz açıqlama: "Nüvə poliqonunda hotel tikiləcək"

Şimali Koreya lideri sürpriz açıqlama ilə gündəmə gəlib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kim Çen In ölkədə nüvə proqramından daha çox, turizmi inkişaf etdirməyin vacibliyini vurğulayıb.

O, bu vaxta qədər nüvə sınaqlarının keçirildiyi poliqonda ən müasir hotelin inşasının başlanmasına göstəriş verib. Bununla yanaşı ölkənin hər yerində turizmin inkişafı üçün modern infrastrukturun qurulması istiqamətində yeni təkliflər gözlədiyini deyib.

Kim Çen In Cənubi Koreyada bu il keçiriləcək Qış Olimpiya Oyunları kimi yarışların onun ölkəsində də təşkil olunacağını iddia edib.



 

Müəllif | Apa.Tv
Ayşən Əhməd