Eşton Karter: "Rusiya-NATO müharibəsi başlayacaq"
"NATO və Rusiya arasında müharibə ssenarisi hazırdır və Pentaqon buna hazır olmalıdır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Davos Dünya İqtisadi Forumunda çıxış edən ABŞ-ın keçmiş müdafiə naziri Eşton Karter belə deyib.
O bildirib ki, ABŞ real təhlükə ilə əlaqədar bütün müdafiə detallarını nəzərdən keçirməlidir.
"Biz hazır olmalıyıq. ABŞ özünü təkcə kiberhücumlardan yox, Avropanın şərqində, Baltik ölkələrində hər an hücumlar baş verə bilər. Rusiya orada milli zəmində münaqişələr yaradıb, planlarını həyata keçirə bilər" - deyə, Karter bəyan edib.
Eks nazir iki gün əvvəl Britaniyanın baş naziri Qevin Uilyamsonun "Rusiya bizi məhv etməyə hazırlaşır" fikri ilə tamamilə razı olduğunu bildirib.
Eşton Karterin fikrincə, son 25 ildə Qərb Rusiyanı ciddi surətdə hərbi rəqib kimi görməyib, indi isə vəziyyət dəyişib.