Türkiyə Afrindəki itkiləri açıqladı
"Zeytun budağı" əməliyyatının 8-ci günündə məhv edilən terrorçuların sayı 394-ü ötüb". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) bu barədə məlumat yayıb.
Məlumatda PYD-yə məxsus 340 hədəfin aviasiya tərəfindən dağıdıldığı, qaçan terrorçuların tərk etdikləri əraziləri minaladığı bildirilir. Türk ordusunun dəstək verdiyi Azad Suriya Ordusu (ASO) həmin əraziləri təmizləyir.
Bəzi bölgələrdə hava şəraiti - intensiv yağış və duman hərbçilərin irəliləməsinə əngəl törədir. Hərbçilər və müxalif döyüşçülər ələ keçirdikləri mövqelərdə möhkəmlənir.
Bu arada Hatayın Reyhanlı qəsəbəsinə yaxın ərazilərdən Türkiyənin atəşə tutulduğu hədəflər toplarla vurulub.
Əməliyyatlar başlanan gündən 3 türk hərbçisi şəhid olub, 30 əsgər yaralanıb. ASO sıralarında 13 döyüşçü həlak olub, 24-ü isə yaralıdır.