ABŞ Türkiyəyə zəmanət verdi: PYD-yə silah verilməyəcək
ABŞ Türkiyəyə PYD-yə silah yardımı edilməyəcəyi ilə bağlı zəmanət verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Herbert Raymond Makmasterlə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın arasında telefon danışığı olub.
Danışıq zamanı Suriyanın şimalında son vəziyyətlə bağlı iki ölkə arasında koordinativ işbirliyinin davam etdirilməsi razılaşdırılıb.
Xatırladaq ki, rəsmi Ankara uzun müddətdir ABŞ-ı PKK-nın Suriya qolu adlandırdığı PYD/YPG qruplaşmasına dəstək verməkdə ittiham edir.
Bu arada Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin və Azad Suriya Ordusunun (ASO) birgə əməliyyatı ilə Suriyanın şimalındakı daha bir kənd - Əli Bekki PYD terrorçularından təmizlənib.