İŞİD İran sərhədini keçdi, döyüş olub
İranın qərbində İslam İnqilabının Keşikçilər Korpusunun (Sepeah) Quru Qoşunları ilə İŞİD terror qruplaşmasının üzvləri arasında atışma baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidməti məlumat yayıb.
İŞİD terror qruplaşmasının 21 üzvü İran sərhəddini keçib. SEPAH qoşunları onları izləyib.
İŞİD qruplaşma üzvlərindən əksəriyyəti yaxalanıb.
Ölən və yaralananlar barədə məlumat verilməyib.