Cəlilabadda axtarışda olan şəxs tutuldu - HƏKİMİ BIÇAQLAYIBMIŞ
Cəlilabadda axtarışda olan şəxs həbs olunub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Göytəpə Qəsəbə sakini Əhliman Dadaşov bir müddət əvvəl Göytəpə Şəhər Xəstəxanasına daxil olaraq oradakı həkimləri təhqir edib, sarğı otağına girərək tibbi bıçaqla həkim Güləhməd Musayevə xəsarət yetirib.
Müstəntiq Gündüz Hacızadənin sözlərinə görə, o, ötən ilin 18 dekabrında bir qrup şəxslə qabaqcadan əlbir olaraq Göytəpə qəsəbəsində Samir Babayevin evinə daxil olaraq, oradan 4900 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla oğurlamaqla talayıb.
Keçirilən əməliyyat zamanı Əhliman Dadaşov saxlanılıb. O, törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Əhliman Dadaşov əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.