Yasamalda dördotaqlı ev külə döndü
Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında yerləşən evdə yanğın hadisəsi baş verib. Hadisə nəticəsində ev içərisindəki əşyalar və yanar konstruksiyalarla birlikdə yanaraq külə dönüb.
APA TV-nin məlumatına görə, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınan yanğının söndürülməsinə Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası cəlb olunub.
Nəticədə yanğının digər tikililərə, o cümlədən yaxınlıqdakı elektrik yarımstansiyasına keçməsinin qarşısı alınıb.
Yanğınsöndürənlərin köməyi ilə yanğın qısa müddətdə tam lokallaşdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.