Braziliyada narkomafiya gecə klubuna hücum etdi - 14 ÖLÜ, 6 YARALI
Braziliyanın Seara bələdiyyəsinin Fortaleza şəhərində gecə klubunda atışma olub. APA TV-nin məlumatına görə, insident nəticəsində 14 nəfər dünyasını dəyişib, 6 nəfər isə yaralanıb.
Ölənlərin əksəriyyətinin qadın olduğu bildirilir. Şahidlərin sözlərinə görə, kluba hücum etmiş 15-dək silahlı şəxs üç avtomobillə gəlibmiş. Bundan sonra onlar ərazidən qaçaraq gizlənib.
Hücuma görə məsuliyyəti "Guardianes del Estado" ("Dövlət mühafizəçiləri") cinayətkar qrupunun üzvləri öz üzərinə götürüb. Məlumata görə, həmin cinayətkar qrup Seara bələdiyyəsində narkotik vasitə dövriyyəsinə nəzarət edir. Polis hadisənin regionda narkotika ticarəti üstündə qruplaşmalar arasında yaranmış mübahisədən qaynaqlandığını ehtimal edir.