Gəncədə "Lexus" iki piyadanı vurub

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, avtoqəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Lexus” markalı avtomobil yolu keçmək istəyən iki kişini vurub. Xəsarət alan piyadalar dərhal Gəncə şəhərindəki özəl klinikalardan birinə aparılıb.

Hadisənin təfərrüatlarını Gəncə Şəhər Baş Polis İdarəsi araşdırır. Sürücünün ifadəsi də alınıb.

Müəllif | Apa.Tv
Apa.tv