Kabildə "Taliban"dan sonra İŞİD dəhşəti: HƏRBİ AKADEMİYADA TERROR
Kabildə silahlı şəxslər hərbi akademiyaya hücum edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində 5 əfqan hərbçisi həlak olub, 10 nəfər yaralanıb.
Hazırda təhsil müəssisəsinə aparan bütün yollar bağlanılıb. Keçirilən əməliyyat zamanı akademiyaya hücum edənlərdən dördü öldürülüb, bir nəfər isə ələ keçirilib.
Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Xatırladaq ki, yanvarın 27-də Kabilin diplomatik korpuslar yerləşən məhəlləsində törədilən terror aktı zamanı 103 nəfər ölüb, 235 nəfər yaralanıb. "Taliban" terror təşkilatı bu hadisəni törətdiyini rəsmən bəyan edib.