ABŞ-da gedən proseslər stabilləşən neft qiymətlərinə mənfi təsir edə bilər - SƏBƏB

ABŞ-da neft istehsalçıları fəal neft quyularının sayını ötən ilin sentyabrından bu yana ən yüksək səviyyəyə çatdırıb.

 

APA TV-nin məlumatına görə, sözü gedən fakta və istehsalın artmasına baxmayaraq, Qərbi Texas nefti yeni həftəyə bahalaşma ilə başlayıb. WTI nefti hazırda 66,33 dollardan satılır. "Brent" nefti isə ucuzlaşıb. Ötən həftənin son satışlarında 70,46 dollardan satılan "Brent" nefti hazırda 70,05 dollardan təklif olunur.

 

İranın neft naziri Bijan Nəmdar Zəngani hazırkı qiymətlərin yaxşı olduğunu deyib və daha da yüksələcəyi halda qaya nefti kimi daha bahalı neftin istehsalının artacağını və bunun nəticəsi olaraq ucuzlaşma ehtimalı barədə xəbərdarlıq edib.

 

Mütəxəssislər də neftin qiymətlərinin bir müddət hazırkı səviyyədə qalacağını bildirir, həmçinin ABŞ-da istehsalın artmasının bazara mənfi təsir edəcəyi istisna edilmir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı