Qarabağda düşmən əsgəri ölüb
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgəri ölüb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə təmas xəttinin şimal istiqamətində qeydə alınıb.
Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Ovsep Qriqoryan aldığı güllə yarasından ölüb. Hadisənin silahla düzgün davranmama səbəbindən baş verdiyi deyilir.