Moskvada iki Sumqayıt sakini güllələndi, biri öldü - HADİSƏ YERİNDƏN
Moskvada iki Azərbaycan vətəndaşı güllələnib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib.
Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Qətli törədən şəxs silahı hadisə yerinə ataraq qaçıb.
Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxs axtarılır.