PYD terrorçuları belə əsir götürüldü - REAL VİDEO

"Zeytun budağı" əməliyyatında türk hərbçiləri və Azad Suriya Ordusu (ASO) döyüşçüləri bir neçə PYD/YPG terrorçusunu əsir götürüb.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorçuların yaxalanma anı kameralarla qeydə alınıb.


Burseya dağında irəliləyən döyüşçülər bir YPG terrorçusunu əsir götürür. Onu dağın zirvəsində, köhnə tikilidə tutublar. Üç terrorçu isə Burseya dağındakı tuneldə ələ keçirilib. Terrorçuların məqsədi ASO-ya arxadan zərbə vurmaq olub. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı