Ruslar Türkiyənin nəzarətindəki bölgəni bombaladı - ÖLÜ SAYI ÇOXDUR
Suriyanın İdlib əyalətində kartof bazarının havadan bombalaması nəticəsində 11 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, hadisə yerinə gələn İdlib Mülki Müdafiə İdarəsinin rəisi Mustafa Hacı Yusuf yaralıların ətrafdakı xəstəxanalara aparıldığını bildirib. O, hadisəni Rusiya təyyarələrinin həyata keçirdiyini bildirib.
Qeyd edək ki, 2017-ci ilin mayında Astana keçirilən iclasda İdlib əyalətində gərginliyin azaldılmasına cavabdehlik Türkiyəyə verilsə də, bölgə Əsəd rejimi və Rusiya hərbçilərinin hücumlarına məruz qalır.