Qaçırdığı maşınla qəza törətdi, maşın yandı

Gəncə sakininin avtomobilini Yevlaxda oğurlayıb Ağdaş ərazisində yandırmaqda şübhəli bilinən Göyçay sakini tutulub.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, 3 gün əvvəl Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə polisə məlumat daxil olub.

 

Məlumatda Gəncə şəhər sakini Telman Pənahova məxsus “Ford Transit” markalı avtomobilin Havarlı kəndi ərazisindən qaçırıldığı bildirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində minik vasitəsi vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun Şıxlı kəndi ərazisində yanmış aşkar edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıraraq yandırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev saxlanılıb. Saxlanılan şəxs əməlini etiraf edərək hadisəni içkili vəziyyətdə törədiyini bildirib. O, əvvəlcə Mingəçevir ərazisində qəza törətdiyini, yük maşınının Ağdaş ərazisində qəfildən alışdığını deyib.

 

Faktla əlaqədar araşdırmalar davam edir. Orxan Mustafayevin digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.

 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli