Aydın Əliyev: "Rusiyanı inandıra bildik ki..."

"Pomidor ixracının artırılması üçün subsidiyalar verilə bilər". APA TV-nin xəbərinə görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

 

Onun sözlərinə görə, hazırda ixracın artırılması üçün kompleks tədbirlər görülür: "İxracın inkişafı üçün yüksək keyfiyyətli məhsulların istehsal edilməsi vacibdir. Riqada artıq Ticarət Palatası fəaliyyətə başlayıb və oraya pomidor ixrac edilir. Hazırda Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi istiqamətində də işlər aparılır".

 

Ötən il Rusiyanın Türkiyə pomidoruna sanksiya tətbiq etməsi nəticəsində yaranmış problemlər zamanı çətinliklərin olduğunu deyən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Türkiyə kənd təsərrüfatı məhsullarının Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması ilə bağlı narahatlığa da son qoyulub: "Azərbaycan Rusiya tərəfini inandıra bildi ki, bu iqtisadi tərəfdən mümkün deyil. Eyni zamanda biz Rusiya tərəfi ilə dəfələrlə görüşlər keçirdik. Bu gün bu problem tam olaraq həll edilib. Bu gün artıq bu inamsızlıq da aradan qalxıb. İnamsızlıq məsələsi gündəmə gəlmir və mən bunu problem kimi görmürəm”.

Müəllif | Apa.Tv