Dirəyə çırpılan avtomobil yandı - BAKIDA

Bakının Xətai rayonunda avtomobil yanıb. APA TV-nin verdiyi xəbərə görə, hadisə Gəncə prospektində qeydə alınıb.

Məlumata görə, Zığ yolu şossesi istiqamətində hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngün dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb.

Yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. 

Müəllif | Apa.Tv
Apa.tv