Səudiyyədə həbsdə saxlanan şahzadələr sərbəst buraxıldı - BİN LADENİN QARDAŞLARI DA

Korrupsiya ittihamı ilə 3 aydır Ər-Riyaddakı beşulduzlu "Ritz Carlton" hotelində nəzarətdə saxlanılan bütün yüksək rütbəli Səudiyyə rəsmiləri və iş adamları sərbəst buraxılıb.

 

APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, artıq hoteldə korrupsiya işi üzrə saxlanılan kimsə qalmayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 300-dən artıq şəxs rüşvətxorluqda ittiham edilirdi. Onların arasında çox sayda kral ailəsinin üzvləri, şahzadələr, nazirlər, milyarderlər və Usamə bin Ladenin qardaşları da var idi.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə kralın fərmanı ilə ötən il noyabrın 4-də yaradılıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı