Qətər: ABŞ və İran dil tapmalıdır, yoxsa bölgə fəlakətə sürüklənəcək
"Ölkədəki ABŞ hərbi bazası fəaliyyətini davam etdirməlidir". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Qətərin hərbi məsələlər üzrə dövlət naziri Xalid əl-Atiyyə belə deyib.
O, Pentaqona məxsus Əl-Übeyd aviabazasının daha mükəmməl və daimi vəziyyətə gətirməsinin tərəfdarı olduqlarını bildirib.
ABŞ və Qətər arasında hərbi əməkdaşlıq məsələlərinə toxunan nazir Pentaqonla əlaqələri daha da yaxınlaşdırmağın vacibliyini qeyd edib.
O, Pentaqona məxsus Əl-Übeyd aviabazasının daha mükəmməl və daimi vəziyyətə gətirməsinin tərəfdarı olduqlarını bildirib.
ABŞ və Qətər arasında hərbi əməkdaşlıq məsələlərinə toxunan nazir Pentaqonla əlaqələri daha da yaxınlaşdırmağın vacibliyini qeyd edib.
Qətər və Körfəz ölkələri arasında mövcud böhrana münasibət bildirən əl-Atiyyə bu narazılığa son qoya biləcək ismin Donald Tramp olduğunu iddia edib:
"Ağ Evin dəfələrlə tərəfləri dialoq masasına dəvət etməsi ümidverici və təqdirəlayiqdir. Bu böhrana səbəb olanlar və yararlananlar terror qruplaşmalıdır. Bölgədə sülh, enerji daşınması baxımından vacibdir. Dünyanın təbii qaz ehtiyacının 30 faizini Qətər təmin edir".
Nazir ölkəsinin Rusiya istehsalı olan S-400 raketdən müdafiə sistemlərini almaq istəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib.
"Bizim Müdafiə Nazirliyimiz belə bir rəsmi açıqlama verməyib. Lakin biz, təhlükəsizlik baxımdan sərfəli ticarəti dəyərləndirəcəyimizi də inkar etmirik. Belə bir hal baş verərsə, bu, ABŞ-la silah ticarətimizə alternativ kimi qəbul olunmamalıdır" - deyə, nazir əlavə edib.
Qətərli rəsmi Türkiyə ilə hərbi əlaqələrə də diqqət çəkib:
"Türkiyə bir NATO dövlətidir və bizim müttəfiqimizdir. Sıx əlaqələrimiz var və biz onlardan hərbi texnika alırıq".
O, ölkəsinin müharibə tərəfdarı olmadığını, amma hava sərhədlərini qorumaq haqlarının olduğunu və bölgədə sülhün təminatçısı kimi iştirak etmək istədiklərini ifadə edib.
ABŞ-İran münasibətlərinə toxunan nazir anlamazlığın danışıqlar yolu ilə aradan qaldırılmasının lazım olduğunu, əks halda bölgənin fəlakətə sürüklənəcəyini iddia edib.
Xatırladaq ki, Qətərdəki Əl-Übeyd aviabazasında 11 min ABŞ hərbçisi var.