Əhməd Davudoğluna ERMƏNİ "SÜRPRİZİ"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistana gedib.
APA TV-nin erməni saytlarına istinadən verdiyi məlumata görə, nazirlə birlikdə bir qrup türkiyəli jurnalist də İrəvandadır. Əhməd Davudoğlu Ermənistan paytaxtında etirazla qarşılanıb. “Daşnaksutyun”un gənclər ittifaqının və “Nikol Aqbalyan” tələbə ittifaqının üzvləri tədbirin keçirildiyi otelin qarşısına gələrək türkiyəli nazirə etirazlarını bildiriblər. Onlar əllərində “Soyqırıma Stop!”, “İnkara Stop!”, “Ədalətsizliyə stop!” yazılmış plakatlar tutublar. 1915-ci ildə baş verən hadisələrin Türkiyə tərəfindən "soyqrım" kimi qəbul edilməsini tələb edən etirazçılar, Türkiyənin tək tərəfli istifadə etdiyi embarqonun götürülməsi fikrini də səsləndiriblər.
Toplantıda Azərbaycanı XİN-in şöbə müdiri Şövqi Mehdizadə təmsil edir.