ABŞ Araz Ağalarov, Vahid Ələkbərov, Fərhad Əhmədova qarşı sanksiya tətbiq etdi
ABŞ administrasiyasının açıqladığı “Kreml məruzəsi” adlı sənəddə Rusiyada biznes fəaliyyəti ilə məşğul olan tanınmış azərbaycanlı iş adamlarının da adları var. Sənədə ümumilikdə 114 rəsmi şəxsin və varidatı 1 milyard dollardan çox olan 96 iş adamının adı daxil edilib. Onların arasında “Crocus İnternational” şirkətləri qrupunun prezidenti Araz Ağalarovun, “Lukoyl”un prezidenti Vahid Ələkbərovun, Rusiya Federasiya Şurasının üzvü Fərhad Əhmədovun, əslən Quba rayonundan olan iş adamları Zarax İliyev və Qod Nisanovun da adları var.
Qeyd edək ki, “Kreml məruzəsi” adlanan sənədə adları daxil edilən şəxslərə qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Konqres sanksiyalarla bağlı qərarı ötən ilin avqustunda qəbul edib. Qanun layihəsinə əsasən, Ağ Ev bu sanksiyaların tətbiqinə ən geci yanvarın 29-da başlamalı idi.