Azərbaycanda vərəmə yoluxan uşaqların sayı artır

“Azərbaycanda son bir neçə ildə vərəmə yoluxan uşaqların sayı artır. Bu hal bizi narahat etməlidir”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

 

O qeyd edib ki, vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunlardan biri xəstənin ailəsi, digəri həkimlərdir. Mən belələrinə dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, andlarını pozaraq, o xəstələri düzgün müalicə etmirlər.

 

Həqiqət Qədirova bildirib ki, bu gün vərəm xəstələrinin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır. Bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir. Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır.

Müəllif | Apa.Tv
Apa.tv