Salyan rayon sakini narkotik vasitə ilə tutuldu: "İstifadə edirdim"

Salyan sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi ilə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Əməliyyat zamanı Salyan şəhər sakini Şöhrət Ağayev şübhəli şəxs qismində saxlanılaraq polis orqanına gətirilib. İşi araşdıran müstəntiq Rza Məmmədovun sözlərinə görə, burada onun üzərinə baxış keçirilib:

"Rayon Polis Şöbəsində Şöhrət Ağayevin üzərinə şəxsi baxış keçirilərkən, üzərində bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,443 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür".

İlkin dindirilmə zamanı Ş.Ağayev narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv