Paytaxtda yeniyetmə oğlan bıçaqlanıb. APA TV-nin verdiyi xəbərə görə, qanlı hadisə Bakının Sabunçu rayonunda, dəmir yolu vağzalı ərazisində baş verib.
Məlumata görə, 2002-ci il təvəllüdlü Mahmudov Tərlan Asim oğlu həmin ərazidə tanımadığı şəxslərlə mübahisə edib və nəticədə bıçaq xəsarəti alıb. Mübahisənin təfərrüatları isə açıqlanmır.
Yaralı bundan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub.
Faktla bağlı Sabunçu polisi istintaq araşdırmaları aparır.