ABŞ-da 35 illik rekord yeniləndi - NEFT SÜRƏTLƏ UCUZLAŞIR
Dünya neft bazarında qiymətlər sürətlə ucuzlaşır.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində 69 dolara qədər bahalaşsa da, sonradan bir dollar ucuzlaşıb və hazırda 68,02 dollardan satılır. Qərbi Texas nefti də dəyər itirib. Hazırda bu markadan olan neft 64,08 dollara təklif olunur.
Qiymətlərin ucuzlaşması üçüncü gündür davam edir. Əsas səbəb ABŞ-da ehtiyatlarda baş verən dəyişiklikdir. Amerika Neft İnstitutu ölkədəki xam neft ehtiyatlarına dair hesabat açıqlayıb. Həftə ərzində ehtiyatlar 3,23 milyon barel artıb. Bu, noyabr ayından indiyə qədər ilk artımdır və bu rəqəmlərin rəsmi hesabatla təsdiqlənəcəyi halda 10 həftəlik azalmanın sona çatacağı gözlənilir.
Ehtiyatların artması ilə birlikdə istehsal da yüksəlir. Ay ərzində artım 1983-cü ildən bu yana olan göstəricinin zirvəsinə çatıb. Ölkədə xam neft istehsalının gündəlik 10 milyon barelə çatacağı proqnozlaşdırılır.
ABŞ neft sənayesində gedən proseslər OPEK və Rusiyada da daxil bir neçə neft ölkəsinin istehsalı azaltmaqla bağlı razılaşmasının təsirlərini azaldır. Bu ölkədə artan istehsal OPEK tərəfindən ixtisara salınan neft həcminin yerini doldurur. Bu da bahalaşmaya qarşı əsas maneədir.