Suriyada Türkiyənin hərbi maşın karvanı partladıldı: 1 şəhid, 2 yaralı

Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hərbi maşın karvanına hücum olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bombalı hücum zamanı bir mülki şəxs şəhid olub, bir mülki şəxs və bir hərbçi yaralanıb.

 

TSQ-nın açıqlamasında hücumun  terrorçular tərəfindən partlayıcı quraşdırılmış avtomobillə həyata keçirdiyi bildirilir.

 

Şəhid olan Yasin Tanboğa Türkiyənin Meşə və Melorasiya Nazirliyinin əməkdaşıdır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı