Ukrayna qanadlı raketi sınaqdan keçirdi
Ukrayna yeni qanadlı raketi sınaqdan keçirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sınaq öncəsi raketin xarakteristikası barəsində detallı məlumat verilib, onun yerli istehsal olduğu bildirilib.
Daha sonra raket havaya buraxılıb.
Qeyd edək ki, 2015-ci ilin sentyabrında Ukrayna hökuməti qanadlı raketlərin modernləşdirilməsinə qərar verib. Bununla bağlı işlər "Luç" konstruktor bürosuna tapşırılıb.