Ən çox kiberhücuma məruz qalan ölkə - AZƏRBAYCAN

Azərbaycan kiberhücuma məruz qalan ölkələr sırasında birincidir. APA TV-nin xəbərinə görə, bu barədə "Kasperski labaratoriyası"nın növbəti illik hesabatındə qeyd olunub. Hesabat "Kasperski labaratoriyası"nın məhsullarını istifadə edən 20 ölkədə antivirusun bir il ərzində nə qədər aktivləşməsinə əsasən, tərtib olunub.

 

2013-cü ildə bu siyahının lideri internet istifadələrinin 56,3 faizi vebhücuma məruz qalan Azərbaycan olub. 2 il ardıcıl olaraq, siyahıya liderlik edən Rusiya isə 54,5 faizlə 4-cü yerə düşüb. Ermənistan həmişə olduğu kimi 54,92 faizlə 3-cü yerdədir. İkinci yerdə 55,62 faizlə Qazaxıstandır. Bu il Gürcüstan da top 20-yə daxil olaraq, 16-cı yeri tutub.

Hesabata əsasən, komputerlərin vebhücumlara məruz qalmasına səbəb istifadəçilərin porno saytlardan istifadə etməsi, pirat proqramlar və musiqilər yükləməsidir.

Müəllif | Apa.Tv
Apa.tv