Makron: "Qarabağa münaqişənin həllindən sonra səfər edəcəyəm"
"ATƏT -in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək".
APA TV-nin məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Çıxışında qondarma "erməni soyqırımı" və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan E.Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və status-kvo problemin həlli deyil.
E.Makron bir gün mütləq Dağlıq Qarabağa səfər gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib.