Tovuzda 69 yaşlı kişi dəm qazından zəhərləndi
Tovuzda dəm qazından zəhərlənmə olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini 1949-cu il təvəllüdlü Məmmədov Ələddin İdris oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Ə.Məmmədov dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.