Rəsulzadənin məzarı hardadır? - SORĞU

Məhəmməd Əmin Rəsulzadə... Bu addan sonra hansısa təqdimata ehtiyac varmı? Yəqin ki, əksəriyyətinizin cavabı "Yox!" olacaq. Amma vaxt vardı ki, Azərbaycanda Rəsulzadənin adını çəkmək qadağan edilmişdi. Və bu qadağa nə az, nə çox - təqribən 70 il çəkdi. Sonra qoca tarix hər şeyi yerbəyer etdi və Leninin əslində bizim babamız olmadığını anladıq.

 

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Şərqin ilk demokratik respublikasını elan edən Azərbaycan Milli Şurasının sədrinin anadan olmasından 134 il ötür. Bu əlamətdar gündə onunla bağlı kiçik sorğu elan etmək qərarına gəldik. Görək, Bakı sakinləri Məhəmməd Əmin kişinin məzarının harda olduğunu bilirlərmi?

Müəllif | Apa.Tv