"Qanlı Ay tutulması" başladı
Yanvarın 31-də 152 ildə ilk dəfə olaraq "Qanlı Ay tutulması" hadisəsini müşahidə etmək mümkün olacaq.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, artıq başlamaqda olan proses NASA-nın xüsusi avadanlıqları vasitəsilə canlı yayımlanır.
Bu nadir təbiət hadisəsinin Bakı vaxtı ilə 15:48-dən 19:11-ə qədər davam edəcəyi bildirilir.
Qeyd edək ki, bu, yanvar ayı ərzində ikinci belə unikal təbiət hadisəsidir.