ABŞ Konqresinin üzvləri qatarda qəzaya düşüb - ÖLƏN VAR

ABŞ-da Konqres üzvləri olan qatar qəzaya düşüb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qatarla yük maşınının toqquşması nəticəsində azı bir nəfər dünyasını dəyişib.

Bu barədə Ağ Evin məlumatında da deyilir. Məlumata görə, Konqres üzvləri arasında zərərçəkən olmayıb. 

Qeyd edək ki, bu gün Virciniya ştatında Nümayəndələr Palatasının spikeri Pol Rayan daxil olmaqla, içərisində Respublikaçı konqresmenlərin olduğu qatar zibil daşıyan yük maşını ilə toqquşub. Yüngül xəsarət alan yük maşınının sürücüsünə isə tibbi yardım göstərilib.

Müəllif | Apa.Tv
Apa.tv