Ərəb ölkələri koalisiyasının Yəmənin Amran əyalətinə endirdikləri hava zərbələri nəticəsində azı 17 nəfər dünyasını dəyişib, 20-dən çox yaralı var.
APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, koalisiya aviasiyası Əl-Kafla dairəsində körpü və bazarı bombalayıb.
Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci il martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.