FES uçot dərəcəsini dəyişmədi
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
APA TV-nin mlumatına görə, FES uçot dərəcəsini 1,25-1,5 faiz səviyyəsində saxlayıb.
Qeyd edək ki, sonuncu dəfə FES dekabrın 13-də uçot dərəcəsini 0,75-1 faizdən 1-1,25 faizədək artırıb.
FES uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FES tədricən uçot dərəcəsini minimal - 0-0,25 faiz həddədək aşağı salıb.