Məşhur idmançı və xanımı dəhşətli qəzada öldü
ABŞ-da tanınmış basketbolçu Rasual Butler yol qəzasında ölüb.
APA TV-nin məlumatına görə, bu barədə CBS xəbər verib.
Hadisə Kaliforniya ştatında qeydə alınıb. Qəza nəticəsində idmançının həyat yoldaşı, müğənni Lia Label də həyatını itirib.
"Range Rover" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb və aşıb.
Qəzaya yüksək sürət səbəb olub.
38 yaşlı Rasual Butler Milli Basketbol Assosiasiyasında (NBA) 809 oyun keçirib. Müxtəlif illərdə "Miami Hit", "Los Angeles Clippers", "Chicago Bulls" kimi klubların şərəfini qoruyan R.Butler karyerasını 2016-cı ildə "San Antonio Spurs" klubunda başa vurub.