Göyərtəsində azərbaycanlıların olduğu daha bir gəmi qəzaya uğradı - BU DƏFƏ KRIM SAHİLLƏRİNDƏ
Qara dənizdə, Krım yaxınlığında Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində gəminin korpusu zədə alıb. Gəmidə olan 12 heyət üzvü evakuasiya edilib.
Regionun təcili yardım xidmətindən gəminin ekipajının Ukrayna və Azərbaycan vətəndaşlarından ibarət olduğu bildirilib.
Hadisənin detalları araşdırılır.