İranda "quş qripi" virusu yayıldı: 21 MİLYON TOYUQ MƏHV EDİLDİ

İranda "quş qripi"nə görə 21 milyon toyuq  məhv edilib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu günə qədər 421 mərkəzdə "quş qripi" virusu aşkarlanıb. 

Bir çox ölkənin "quş qripi" ilə  mübarizə apardığı müddətdə İranın 16 əyalətində "quş qripi" müşahidə edilib. 

 

Məhv edilən toyuqların 73 faizi yumurtalayan quşlardır. İsfahan və Yəzd əyalətlərində "quş qripi"nə yoluxma hallarının daha çox müşahidə olunduğu bildirilir.

Qeyd edək ki, İrandan Azərbaycana quş əti məhsulları ixrac edilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd