ABŞ Rusiya və Çinə qarşı hücumun detallarını açıqladı - HAVADAN, SUDAN, QURUDAN
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) generalı Pol Selva ölkəsinin Rusiya və Çinlə müharibəyə başlayacağı təqdirdə hadisələrin inkişaf ssenarisinin bəzi detallarını açıqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, general deyib ki, iki ölkə ilə mümkün hərbi qarşıdurmanın oxşar elementləri olsa da, fərqli cəhətləri də yox deyil.
P. Selva bildirib ki, Çinlə döyüşlər daha çox havada və dənizdə cərəyan edə bilər. Rusiyaya gəlincə isə mümkün müharibəyə daha çox HHQ və quru qoşunlarının cəlbi doğru addım olar.
Onun sözlərinə görə, Rusiya ilə müharibədə dənizdən hücum önəmli olsa da, Şimali Atlantika sularından keçmədən buna nail olmaq mümkünsüzdür.
Generalın fikrincə, hazırda Pentaqonun qarşısında bu ssenarilərdən birini qəbul edib, maliyyə vəsaitinin cəlb olunması kimi məsələlər dayanır ki, onlar da 2018-ci ilin sonunda elan olunacaq yeni Milli Müdafiə Strategiyasında öz əksini tapıb.