YAP prezidentliyə namizədinin adını açıqladı

Bu il keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi dövlət başçısı İlham Əliyev olacaq.

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib.

 

Baş nazirin müavini Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsinə partiya gənclərinin də töhfə verəcəyinə inandığını vurğulayıb: "2018-ci il prezident seçkiləri ilidir. Ölkəmizin siyasi həyatının başlıca hadisəsinin YAP-ın namizədi İlham Əliyev üçün uğurlu olmasında, uğur qazanmasında, qələbənin nail olunmasında güman edirəm ki, YAP-ın gəncləri öz töhfələrini verəcəklər"

 

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib. Baş nazirin müavini Əli Əhmədov çıxışında YAP gənclərinin hakim partiyanı layiqincə təmsil etdiyini, layiqli varis olduğunu vurğulayıb. O deyib ki, gənclər ictimai-siyasi həyatda fəal iştirak etməlidir. Əli Əhmədov partiya sıralarında təmsil olunan gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb.

 

Tədbirdə bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv