İraqdan Türkiyəyə PKK hücumu: 1 şəhid, 5 yaralı

PKK terrorçuları ilə Türkiyə hərbçiləri arasında döyüş olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İraq sərhədini keçən terrorçular hərbçilərə hücum edib.


Hadisə Hakkari vilayətinin Çukurca qəsəbəsi yaxınlığında qeydə alınıb.

Terrorçular Güvən dağındakı hərbi bazanı atəşə tutub. Atışmada 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb. Yaralı əsgərlər Hakkari Dövlət Xəstəxanasına çatdırılıb.

Bölgədə genişmiqyaslı əməliyyat başlanıb.


 

Müəllif | Apa.Tv
Apa.tv