Liberman: "Yaxın Şərqdə müharibə olmasa, heç nə yoluna düşməyəcək"

"Hizbullah" Livanda raket istehsal edən zavod və baza yaradıb, hərbi müdaxilə etmək məcburiyyətində qalacağıq".

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu iddia ilə İsrailin müdafiə naziri Aviqdor Liberman çıxış edib.


O, Livan-"Hizbullah" ortaqlığının hərbi toqquşmaya səbəb olacağını bildirib: "Biz təhlükəsizliyimi müdafiə etmək barədə yox, problemə son qoymaq barədə düşünəcəyik. Macəra axtaranlar bilsin ki, müharibə olarsa, çox qısa müddətdə bitəcək. Bu bəllidir, Yaxın Şərqdə hərbi müdaxilə olmadan heç nə yoluna düşmür".

2006-cı ildə İsraillə Livan arasında baş verən toqquşmanı xatırladan A.Liberman bu dəfə livanlıların sığınacaqlardan başlarını belə çıxara bilməyəcəyini deyib.


 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov