Mədət Quliyev HƏBSXANADAKI YANĞININ SƏBƏBİNİ AÇIQLADI

"Cəzaçəkmə Müəssisələrində qanuni oğruların söz  sahibi olması barədə iddialar həqiqətə uyğun deyil".

APA TV-nin xəbərinə görə, Penitensiar xidmətin rəisi Mədət Quliyev bildirib ki, bəzi jurnalistlər həqiqətə uyğun olmayan məqalələr yazır: "Cinayətkar aləmə yaxın olan məhkumlar müəyyən addımlar atmaq istəyirlər. Bu proses hələ keçmiş sovet ölkələrində 20-ci əsrin əvvəllərindən vardı. Ona görə də Cəzaçəkmə Müəssisələrində Penitensiar Xidmətin əməkdaşları lazımi preventiv addımları atır. Azərbaycanda dövlət var, dövlətçilik var. Cəzaçəkmə müəssisələrində qətiyyən oğru ideyalarının inkişaf etməyinə qətiyyən yol vermərik”.

 

Mədət Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinin narkologiya və terapiya korpusunda baş verən yanğının səbəbini də açıqlayıb. O bildirib ki, yanğın nəticəsində müəssisədə müalicə alan məhbusların heç biri xəsarət almayıb: "Yanğına səbəb tibb bacısının ehtiyatsızlığı olub. Onun sözlərinə görə, tibb bacısı "Tefal" markalı su qızdırıcısını elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qoyduğu üçün qısaqapanmadan yanğın baş verib. Qısa z amanda şəxsi heyət səfərbər oldu. Yanğının qarşısı alındı"

 

Məhkumların saxlanılma şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə danışan xidmət rəisi qadınlar üçün cəzaçəkmə müəssisəsinin tikintisinin davam etdiyini deyib. Onun sözlərinə görə Azərbaycanda üç cəzaçəkmə müəssisəsi tikilib, yeddisi də tikilir.

 

Müəllif | Apa.Tv