Ankarada güclü partlayış - DİVERSİYA

Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Çukurambar rayonunda, vergi müfəttişliyinin yanında baş verib.

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Son məlumata görə, qaz sızmasından qaynaqlanan güclü partlayış nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Ankara valisi Ercan Topaca öz açıqlamasında hadisənin diversiya ola biləcəyini ehtimal edib.

Partlayışın səsi Ankaranın ətraf rayonlarında da eşidilib. Hazırda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv