Kriptovalyutalar ucuzlaşır, “Bitcoin”in qiyməti 9 min dollardan aşağı düşüb

"Bitcoin"in qiyməti 9 min dollardan aşağı düşüb.

 

APA TV-nin məlumatına görə, cümə günü dünyanın ən məşhur kriptovalyutası 4-14 faiz ucuzlaşıb. Hazırda birjalarda “Bitcoin” 8656 dollara satılır.

 

Qeyd edək ki, "Facebook"da reklamına qadağa qoyulandan və Hindistanda rəqəmsal valyuta imkanlarının məhdudlaşdırılmasından sonra kriptovalyutalar ucuzlaşmağa başlayıb.

 

Qeyd edək ki, digər kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 16,6 faiz ucuzlaşaraq 907 dollara, "Ripple" 25,42 faiz ucuzlaşaraq 0,81 dollara, "Bitcoin Cash" 20 faiz ucuzlaşaraq 1160 dollara satılır.

 

Hazırda kriptovalyuta bazarının kapitallaşması 420,72 milyard dollar təşkil edir. Bundan əvvəl bu göstərici 511 milyard dollar olub. Ümumilikdə isə kriptovalyuta bazarında ən yüksək kapitallaşma dekabrın sonlarına təsadüf edib, Yeni il ərəfəsində kapitallaşma 770 milyard dollara çatıb.  

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov