Alman deputatlar boyunlarına PKK bayrağı asdı - BUNDESTAQDA QALMAQAL

Alman millət vəkilləri Bundestaqda PKK terror təşkilatına dəstək nümayiş etdirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Sol partiyasının (Die Linke) tələbi ilə toplanan məclisdə Türkiyənin PKK, YPG/PYD və İŞİD terror təşkilatlarına yönələn "Zeytun budağı" əməliyyatı gündəmə gətirilib. Millət vəkilləri boyunlarına PKK bayrağını simvolizə edən şal və şərflər asıb.

 

Xristian Birlik partiyaları adından danışan Roderix Kiesevetter simvolik siyasətin problemi həll etməyəcəyini bildirərək, Türkiyənin həyata keçirdiyi əməliyyatın NATO və BMT səviyyəsində müzakirə olunmasının lazım olduğunu deyib.

 

Müxalifət partiyalarının çıxış edən millət vəkilləri isə Ankaranı  qınamaqla birgə, yetərincə sərt reaksiya vermədiyi üçün Berlin hökumətini tənqid ediblər.

 

Sol Partiyasının vəkillərinin PKK bayrağını əks etdirən şal və şərf geyinməsi Federal Məclisdə mübahisəyə səbəb olub.

Spiker Volfqanq Kubiçki parlamentdə etirazın qadağan olunduğunu xatırladaraq, vəkillərin bu təbliğata son qoymasını istəyib.

Yalnız bundan sonra solçu vəkillər PKK-nı simvolizə edən şal və şərfləri çıxarıblar. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı