Aralıq dənizində faciə: 90 MİQRANT BATDI

Liviya sahillərində içərində miqrantların olduğu qayıq batıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, nəticədə gəmidəki miqrantlardan 90 nəfəri həlak olub, bir nəfəri isə balıqçılar xilas edib.

 

İndiyədək aralarında 8 Pakistan və 2 Liviya vətəndaşı olmaqla 10 nəfərin meyiti tapılıb.

 

Qeyd edək ki, yanvarın 28-nə olan məlumata görə indiyədək 6624 nəfər Liviyadan keçməklə Avropaya üz tutub.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov