Aydın Əliyev AMCHAM üzvləri ilə görüşdü

Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) üzvləri üçün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə aylıq işgüzar nahar təşkil edilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Aydın Əliyev ölkəmizin ixrac potensialının sürətlə artmasından, 2017-ci ildə gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və bu tədbirlərin ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına təsirindən danışıb.

 

Komitə sədri hazırda Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlara və sahibkarlara Elektron Hökumət Portalı üzərindən 11 elektron xidməti təqdim olunduğunu  bildirib. O, Dövlət Gömrük Komitəsinin biznes nümayəndələri ilə hər zaman açıq dialoqa hazır olduğunu vurğulayıb. Komitə sədri Palata tərəfindən hökumət və biznes ictimaiyyəti arasında mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb və ölkənin biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan səmərəli işləri müsbət qiymətləndirib.

Müəllif | Apa.Tv