Astarada 40 yaşlı kişi qətlə yetirildi

Astara sakininin yaşadığı mənzildə meyiti tapılıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Kolatan kəndində qeydə alınıb.

 

Həmin kəndin sakini, 40 yaşlı Vüsal Qasım oğlu Hüseynovun yaşadığı mənzildə meyiti aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, Vüsal Hüseynov küt alətlə başından aldığı zərbələrdən ölüb.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

 

Qeyd edək ki, V.Hüseynov 20 ilə yaxın Rusiya Federasiyasında yaşayıb. O, bir neçə gündür Astaraya gəlibmiş. Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov